BŞBPİ Yasamal rayonunda keçirilən qanunsuz yürüşlə bağlı məlumat yayıb

26 Yanvar 2019 19:59 (UTC+04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, bu zaman ətrafdakıların diqqətini cəlb etmək, əhali arasında qorxu, vahimə yaratmaq, vətəndaşların istirahət hüquqlarının pozulması kimi qanunazidd hərəkətlərə yol verib ərazidə xidmətdə olan polis əməkdaşlarına qarşı tabesizlik göstəriblər.

Operativ həyata keçirilmiş qabaqlayıcı tədbirlərlə ictimai asayişin pozulması ilə müşayiət olunan qanunsuz küçə yürüşünün qarşısı alınıb. Aksiyanın 15 iştirakçısı saxlanılıb Yasamal rayon polis idarəsinə gətirilmiş, digərləri ərazidən uzaqlaşdırılıb.

Saxlanılan şəxslərdən 10 nəfəri məhkəmə tərəfindən inzibati qaydada həbs edilib, 5 nəfər xəbərdar olunduqdan sonra sərbəst buraxılıb.

AzNews.az