Nazirlik 968 vəzifəli şəxsi cərimələyib

26 Yanvar 2019 21:13 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 37,8, atmosfer havasının çirkləndirilməsi üzrə monitorinq aparılmış müəssisələrin 43,2, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb edilmiş müəssisələrin 26,5 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Ötən il təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyətə cəlb olunmuş 968 nəfər vəzifəli şəxs və vətəndaş 1021 min manat məbləğində cərimələnib.

AzNews.az