Dünyanın ən yaxşı ölkələrinin siyahısı: İran son 3-lükdə

26 Yanvar 2019 22:14 (UTC+04:00)

Axar.az xəbər verir ki, "Ən yaxşı ölkələr-2019" adlı 80 ölkədən ibarət siyahıda Rusiya 24, Türkiyə isə 34-cü yerdə qərarlaşıb. İlk onluqda isə İsveçrə, Yaponiya, Kanada, Almaniya, İngiltərə, İsveç, Avstraliya, ABŞ, Norveç və Fransa olub.

Siyahıda son 3 yerə Anqola, İran və İraq layiq görülüb.

Qeyd edək ki, dünyanın dörd bir yanında keçirilən sorğuda 21 min insan iştirak edib. Siyahı ölkələrin turizm sektoru, sosial və mədəni həyatı, iqtisadiyyatı, xalqın güzəranı və ölkənin dünya arenasında rolu nəzərə alınmaqla tərtib edilib.

AzNews.az