38 yaşlı qadın son anda xilas edildi

27 Yanvar 2019 09:53 (UTC+04:00)

Hadisə rayonun Lahıc kəndində baş verib.

Kənd sakini, 1981-ci il təvəllüdlü Gülşən Muxtar qızı Balabəyeva yaşadığı ünvanda ailə münaqişəsi zəminində intihar etmək məqsədi ilə bir neçə dərman qəbul edib. G. Balabəyeva yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan bildirilib ki, həkim müdaxiləsindən sonra G. Balabəyevanın vəziyyəti stabilləşib, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az