Əlcəzairdə 101 nəfər prezident olmaq istəyir

27 Yanvar 2019 11:00 (UTC+04:00)

Əlcəzairdə 100-dən çox insan DİN-nə prezident seçkilərində namizəd qismində qeydiyyatdan keçmək niyyəti barədə ərizə verib.

Cari ilin aprel ayında nəzərdə tutulan seçkilərdə namizədliyini irəli sürmək niyyəti ilə bağlı DİN-ə 101 məktub daxil olub.

Potensial namizədlərə imzaların toplanması üçün xüsusi formalar verilib. DİN qeyd edir ki, müraciət edənlərin 13-ü siyasi partiyaların liderləridir, digər 88 nəfər isə müstəqil namizədlərdir.(trend.az)

AzNews.az