Deputatın oğlu dəfn edildi

27 Yanvar 2019 13:54 (UTC+04:00)

E.Qasımov Bakının Yasamal rayonu ərazisində yerləşən “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.

Dəfn mərasimində mərhumun ailə üzvləri, deputatlar iştirak edib.

Mərhumun 3 mərasimi yanvarın 28-də Heydər məscidində keçiriləcək.

Qeyd edək ki, bir neçə gün öncə, E.Qasımov İsveçrədə kanata minərkən təzyiqi qalxıb və halı pisləşib. O, həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.(report.az)

AzNews.az