İndoneziyada daşqınlar 68 can aldı

27 Yanvar 2019 14:36 (UTC+04:00)

İndoneziyanın Mərkəzi Sulavesi əyalətində daşqın və yer sürüşməsi nəticəsində 68 nəfər həyatını itirib, 47 nəfər isə xəsarət alıb.

Bu haqda Sinxua agentliyinə Təbii fəlakətlərin qarşısı alma agentliyinin rəsmisi, Sutopo Nuqroxo məlumat verib.

Daşqınlara səbəb, aramsız yağan yağış olub. Buna görə də Makasara şəhərindən 30 km aralıda yerləşən dambanı açmaq məcburiyyətində qalıblar. Gova məntəqəsinin başçısı qeyd edib ki, onlar dambanı açmasaydılar, daşqın daha ağır nəticələrə gətirib çıxarardı.(oxu.az)

AzNews.az