50-dən çox kütləvi məzarlıq tapıldı - Afrikada dəhşət

27 Yanvar 2019 15:32 (UTC+04:00)

Konqo Demokrati Respublikasının Yumbi şəhərində 50-dən çox kütləvi məzarlıq tapılıb.

Məzarlarda sayı 5-dən başlayaraq 100-ə qədər olan cəsədlər tapılıb.

Hazırda cəsədlərin ümumi sayını müəyyənləşdirməyin çətin olduğu açıqlanıb.

Kütləvi məzarlıqlarda basdırılanlar etnik zəmində qətlə yetirilən şəxslərdir.

Qeyd edək ki,ötən il 16-19 dekabr tarixlərində baş verən etnik müharibədə ən az 890 nəfər ölüb.

Toqquşmalar zamanı 465-dən çox ev və iş yeri yandırılıb.(qafqazinfo.az)

AzNews.az