Fici sahillərində güclü zəlzələ olub

27 Yanvar 2019 18:40 (UTC+04:00)

Fici adaları sahillərində 5,8 bal gücündə zəlzələ olub.

Zəlzələ episentri Suva şəhərindən 400 km aralıda yerləşib. Zəlzələ ocağının dərinliyi 549 kilometr təşkil edib.

İlkin məlumata əsasən, yerli vaxtla 10:19-da baş verən zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar yoxdur. (trend)

AzNews.az