Balakəndə iki yaşlı uşaq göldə boğuldu

27 Yanvar 2019 21:30 (UTC+04:00)

Balakən rayonunda iki yaşlı körpə göldə boğulub.

Hadisə Yeni Şərif kəndində baş verib.

Kənd sakini, 2017-ci il təvəllüdlü Sevinc Xaqani qızı Abdullayeva babasının yaşadığı evin həyətyanı sahəsində balıq saxlamaq üçün yaradılmış sünü gölə düşərək boğulub. S.Abdullayevanın meyiti müayinə edilmək üçün Səhiyyə Nazırliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az