35 yaşlı qadın intihar etdi

27 Yanvar 2019 23:55 (UTC+04:00)

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Hadisə Nic qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1984-cü il təvəllüdlü İnqa Oqonova yaşadığı evin həyətində özünü asaraq intihar edib. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az