"Ümidimiz Allahadır" - Rəmişin xanımı

28 Yanvar 2019 09:43 (UTC+04:00)

Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətində irəliləyiş var. Bunu AzNews.az-a gitara ifaçısının həyat yoldaşı Gülü xanım bildirib.

Onun sözlərinə görə, Rəmişin vəziyyəti yanvarın 27-də ağırlaşıb:

“Ağciyərində oksigen çatışmır. Dəfələrlə müalicə alıb. Son vaxtlar xəstəlik irəliləmişdi, müalicə üçün də imkan yox idi. “Səni axtarıram”a müraciət etdik, sağ olsunlar, dəstək verdilər. Xoşqədəm xanıma təşəkkür edirəm”.

Gülü xanım onu da qeyd edib ki, hazırda 74 yaşlı xalq artisti süni nəfəs aparatından ayrılıb: “İndi vəziyyəti yaxşıdır. Ümidimiz isə tək Allahadır…”

Bahar RÜSTƏMLİ
AzNews.az