Rafael ikinci oldu

28 Yanvar 2019 09:54 (UTC+04:00)

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev yarışın son günündə final döyüşünü keçirib.

75 kq çəki dərəcəsində çıxış edən idmançımız Pyer De Kuberten stadionunun salonunda təşkil olunan turnirin həlledici qarşılaşmasında yaponiyalı Ken Nişimura ilə üz-üzə gəlib. Duelin taleyini 1 xal həll edib. Minimal hesabla uduzan karateçimiz gümüş medala yiyələnib.

Xatırladaq ki, Ağayev yarışın ilk günündə Qulam-Abbas Saadini (Pakistan) 7:2, Enes Qaribovici (Xorvatiya) 2:0, Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə 5:0, Ali Asker Asiabarini (İran) 2:1 hesabı ilə məğlub edib.(qafqazinfo.az)

© AzNews.az