Məhəbbət Kazımovun özü ilə qəbirə apardığı arzusu... - VİDEO

28 Yanvar 2019 10:35 (UTC+04:00)

Mərhum müğənni Məhəbbət Kazımovun son arzusu açıqlanıb.

AzNews.az xəbər verir ki, müğənni ölümündən 3 gün əvvəl ATV kanalında aparıcı Nanə Ağamalıyevanın qonağı olub. Məhəbbət Kazımov aparıcının “Bu durumunuzda ürəyinizdən nə keçir” sualına belə cavab verib:

“Bir iki gün öncə öz-özümə sual verdim: Məhəbbət, yaşamısan, yemisən, içmisən, geyinmisən, gəzmisən, pul qazanmısan, ev-eşik sahibi olmusan. Onu Allah verib, başqa nə arzun qalıb? Niyə belə bədbinsən? Kişi ağrıyar da. Bircə arzu ürəyimdən keçdi, dedim nə olardı, Allah bir ömür verəydi, gedib Lacında, döğma kəndimdə, öz dədə-baba qəbiristanlığımızda canımı tapşıraydım” - deyə Məhəbbət Kazımov son arzusunu dilə gətirib.

AzNews.az