Türkiyəli məşhur paylaşımı ilə təəccübləndirdi

28 Yanvar 2019 10:46 (UTC+04:00)

Fotoşoplu şəkillərini paylaşan Türkiyəli məşhur Bahar Candanın bu dəfə paylaşımındakı kilolu və göbəkli vəziyyəti təəccübləndirib. Candanın paylaşımına izləyiciləri minlərlə şərh bildirib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyədə iştirak etdiyi moda proqramındakı çıxışı ilə tanınan Bahar Candan sosial media hesabından paylaşdığı fotosu ilə yenə maraq doğurub. Bu dəfə o, fotoşopdan istifadə edərək kilolu şəklini paylaşıb.

Bacısı Nihal Candanın telefonundan “shop” proqramlarını sildiyini deyən Bahar paylaşımına “Bacım fotoşop etməyə icazə vermir. Proqramları silib” sözlərini yazıb.

Candan əvvəl verdiyi açıqlamaların birində “6-cı sinifdən instagramdan istifadə edirəm, fotoşopsuz şəklim demək olar ki, yoxdur” sözlərini deyib.

Səidə Nurməmmədli

AzNews.az