Binəqədi polisi 5 il əvvəlki oğurluğun üstünü açıb

28 Yanvar 2019 10:58 (UTC+04:00)

Polis əməkdaşları tərəfindən 5 il əvvəl törədilmiş oğurluq faktının üstü açılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ildə MMC-lərdən birindən icərisində 2270 ABŞ dolları və 130692 manat olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ç.İmaməliyev saxlanılmışdır.

AzNews.az