Maşını qaçırdı, uzağa gedə bilmədi

28 Yanvar 2019 11:06 (UTC+04:00)

Yanvarın 27-də saat 17 radələrində Bakıxanov qəsəbəsi ərazisindən qəsəbə sakini A.Soltanovun idarə etdiyi “Chevrolet-Malibu” markalı avtomobilin qaçırılması barədə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal əməliyyat tədbirlərinə başlanılıb.

Bakı şəhər Dövlət Yol Polis İdarəsi, 13-cü Polis Bölməsi və Xətai RPİ 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini İ.Həsənov Xətai rayonu Gəncə prospektində avtomobillə birgə saxlanılmışdır.

Araşdırma aparılır.

AzNews.az