Rusiyada axtarışda idi - Azərbaycanda həbs edildi

28 Yanvar 2019 11:10 (UTC+04:00)

Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsi (narkotik vasitələrin qanunsuz dövriyyəsi) ilə axtarışda olan E.Məmmədov Gəncə Rayonlararası Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil verilmişdir.

AzNews.az