Polis qanunsuz silahları müsadirə etdi

28 Yanvar 2019 11:13 (UTC+04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Kürdmaşı kənd sakini Siruz Hüseynovun evindən qanunsuz saxladığı “TOZ 63” markalı qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokol tərtib olunaraq, baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İsmayıllı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Quşencə kəndi ərazisində “TOZ 8” markalı təhlükəli ov silahı tapılaraq götürülüb.

AzNews.az