Beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqlədi

28 Yanvar 2019 11:20 (UTC+04:00)

“Fitch Ratings” və “Standard and Poor's” beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini təsdiqləyib.

“Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz “sabit” saxlanılıb.

“Standard and Poor's” isə ölkəmizin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+”, yaxınmüddətli kredit reytinqini “B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu “sabit” saxlayıb.(AZƏRTAC)

© AzNews.az