Qadına qarşı quldurluq edən Lənkəran sakini saxlanıldı

28 Yanvar 2019 11:32 (UTC+04:00)

Bakıda qadına qarşı quldurluq edən daha bir dəstə üzvü saxlanılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-da rayon ərazisindəki mənzillərdən birinə aldatma yolu ilə girib ev sahibəsinin ağzını, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan 800 manat və mobil telefonu quldurluq yolu ilə aparmış qrupun digər üzvü, Lənkəran rayon sakini N.Niftullayev də müəyyən edilərək saxlanılmışdır.

AzNews.az