Taksafondan pul oğurlamaq istəyirdi, yaxalandı

28 Yanvar 2019 12:10 (UTC+04:00)

Bakıda taksafondan pul oğurlamaq istəyən şəxs tutulub.

DİN-dən AzNews.az-a verilən məlumata görə, yanvarın 26-da metronun “28 May” stansiyası yaxınlığındakı taksafonlardan birinə müdaxilə edərək oradan pul oğurlamağa cəhd göstərən şəxs Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Gəncə şəhər sakini R.Əhmədov olduğu müəyyən edilib.

AzNews.az