Güclü küləklə üzləşən pilotdan möhtəşəm eniş - VİDEO

28 Yanvar 2019 12:38 (UTC+04:00)

“Emirates” hava yolları şirkətinə aid “Airbus A380” sərnişin təyyarəsinin pilotu ekstremal hava şəraitində təyyarəni təhlükəsiz şəkildə Mançester hava limanına endirib.

“Liveleak” xəbər verir ki, hadisə yanvarın 27-də qeydə alınıb.

Təyyarə eniş edən vaxt əks istiqamətdən əsən küləyin sürəti 75 km/saat-a yaxın olub. Kadrlarda qasırğanın təyyarənin sürətini açıq-aşkar aşağı saldığını görmək olar. Göyərtədə güclü titrəyiş olduğundan sərnişinlər həyəcanlı anlar yaşayıblar.

Buna baxmayaraq, pilot yüksək peşəkarlıq göstərərək, təyyarəni təhlükəsiz şəkildə endirməyə nail olub.

Başqa kadrlarda “Titan Airways” və “Ryanair” aviaşirkətlərinə aid təyyarələrin eniş edə bilmədiyinə görə aeroport üzərində dövrə vurmağa məcbur olduğunu görmək olur.(oxu.az)

© AzNews.az