Göyçayda məktəblini maşın vurdu

28 Yanvar 2019 14:01 (UTC+04:00)

Hadisə bu gün günorta saatlarında rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, Göyçay rayon sakini, 28 yaşlı Fərid Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil yolu keçmək istəyən rayon sakini, 2004-cü il təvəllüdlü, IX sinif şagirdi Nəzrin Həsənlini vurub. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin yardım göstərilib və vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

© AzNews.az