Millətlər kuboku Ramazana görə təxirə düşdü

28 Yanvar 2019 14:26 (UTC+04:00)

Afrika Futbol Konfederasiyası (CAF) Afrika Millətlər Kubokunun vaxtını Ramazan ayına görə dəyişdirməli olub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar Şimali Afrika ölkələrinin bir neçə futbol federasiyaları rəsmi müraciət ünvanlayıb.

Onlar müsəlman futbolçuların Ramazan ayından sonra bərpa prosesi keçməsi üçün 13 iyun-15 iyul olan kubokun vaxtının 21 iyun-19 iyul tarixlərinə dəyişdirilməsini xahiş ediblər.

Kubok Misirdə təşkil ediləcək. Kubokun hazırki qalibi Kamerundur.

Bu il Ramazan ayı mayın 5-dən iyunun 3-nə qədər davam edəcək.

Fəridə Abdulla

AzNews.az