Rafiq Həşimov: İstərdim ki, uşaqlar müharibə görməsin - VİDEO

28 Yanvar 2019 14:40 (UTC+04:00)

“ARB Günəş”in “Kiçikdən-böyüyə” verilişinin növbəti qonaqları Azərbaycan Televiziyasının aparıcısı, əməkdar artist Rafiq Həşimov və 8 yaşlı Lazım olub.

Rafiq Həşimov söhbət zamanı 8 yaşlı Lazımın “Analar sərt olurlar” fikrinə münasibət bildirib. O, anaların uşaqlara qayğı ilə yanaşdığını deyib və qeyd edib ki, onların sərtliyi sevgidən doğur:

“Məsələn, ana görür ki, uşağı oda yaxın gedir, əl atır, sərt formada onu kənara çəkir. Bütün analar uşaqlarını çox sevir. Böyüdükdən sonra anlayırsan ki ,sən demə, anadan gözəl varlıq yoxdur”.

Rafiq Həşimov 8 yaşlı Lazımla ən böyük arzusunu da bölüşüb:

“Arzularım çoxdur. Bəlkə mənim arzum sənə çox böyüksayağı gələ bilər. Amma bu arzumu səninlə bölüşmək istəyirəm, çünki bu səninlə, uşaqlarla bağlıdır. İstərdim ki, uşaqlar heç vaxt müharibə görməsin. Gələcək nəslin təhlisi çox yaxşı olsun. Hər zaman sağlam olasınız”.

AzNews.az