Könül Kərimova efirdə ağladı: “İllərdir ki, onu axtarıram...” - VİDEO

28 Yanvar 2019 15:22 (UTC+04:00)

“Əsl sevgi varsa, onu gizlətmək mümkün deyil. Sənə elə gəlir ki, qürurlanırsan, əyilmirsən, özünü dik tutursan. Amma gözlərdən hər şey oxunur, mümkün deyil".

AzNews.az xəbər verir ki, bunu əməkdar artist Könül Kərimova ATV televiziyasında "Şou ATV" verilişində deyib. Uzun illərdir ki, sevdiyini axtaran müğənni ağlaya-ağlaya onu hələ tapa bilmədiyini deyib:

“Uzun illər bundan öncə mənə sual verdilər ki, niyə sevirsən? Dedim ki, bilmirəm. Dedilər onda həqiqətən sevirsən. Segvinin cavabı yoxdur. Mən baxışlarla anlayıram. Sevgi gözlərdən görünür. Lal, susub dayanmaq hər şeyi deyir. Sevginin izahı yxdur. Hərdən deyirlər ki, kimdir o? Deyirəm mən illərdir ki, onu axtarıram”.

AzNews.az