Dövlət qulluğu üzrə ümumi müsahibədən 32 nəfər keçdi

28 Yanvar 2019 17:47 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 28-nə olan məlumata əsasən, müsahibədə iştirak edənlərdən 32 nəfər vəzifəyə uyğun bilinib. Onlardan 28-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 4-ü isə Dövlət Turizm Agentliyində işləyəcək.

Müsahibə yanvarın 31-də yekunlaşacaq.

Qeyd edək ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.

© AzNews.az