Kataloniya futbol klubu üç il peşəkar yarışlara qatıla bilməyəcək

28 Yanvar 2019 19:29 (UTC+04:00)

İspaniyanın "Reus" klubu üç il müddətinə peşəkar yarışlara qatılmaq hüququndan məhrum edilib.

Buna İspaniya II liqa təmsilçisinin futbolçularına borcları ödəməməsi səbəb göstərilib. Kataloniya təmsilçisi həmçinin 250 min avro məbləğində də cəzalandırılıb.

Qeyd edək ki, "Reus" bu mövsüm İspaniya II liqasında 21 xalla 20-ci pillədə qərarlaşıb. Komanda avtomatik olaraq aşağı liqaya düşəcək və qalan bütün oyunlarda "Reus"a texniki məğlubiyyət veriləcək. (report)

AzNews.az