Yaqub Mahmudov tələbələrə ustad dərsi keçəcək

28 Yanvar 2019 18:33 (UTC+04:00)

Akademik Yaqub Mahmudov tələbələrə ustad dərsi keçəcək.

AzNews.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov BDU-nun Tarix fakültəsinin tələbələrinə “Azərbaycan tarix elmi: dünən, bu gün, sabah” mövzusunda ustad dərsi keçəcək.

Qeyd edək ki, bu cür dərslər AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Elmi konfrans 29 yanvar 2019-cu il, saat 14:00-da AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 115.

AzNews.az