Asiya Kubokunda ilk finalçı müəyyənləşdi

28 Yanvar 2019 20:58 (UTC+04:00)

Futbol üzrə Asiya Kubokunda ilk finalçı müəyyənləşib.

İlk yarımfinal qarşılaşmasında İran və Yaponiya komandaları üz-üzə gəlib. Qarşılaşma Yaponiyanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, digər yarımfinal görüşündə Qətər və Birləşmiş Ərəb Əmirlikləri komandaları qarşılaşacaq. Həmin görüş yanvarın 29-da Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Final matçı isə fevralın 1-də baş tutacaq.

AzNews.az