Müğənninin saqqalını DİN qırxdırmayıb - TƏKZİB
19 Aprel 2013 12:07 (UTC+04:00)
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının orkestrinin solisti Cahangir Qurbaov imicini dəyişib. DİN-nin yubileyilə bağlı keçirilən konsertdə iştirak etdiyi üçün zabit forması geyindi və buna görə də neçə illərdir uzatdığı saçını və saqqalını kəsdirdi. ANS-PRESS-in xəbərinə görə, sənətçini bu addımı atmağa Daxili İşlər Nazirliyi vadar edib.
C.Qurbanov AzNews.az-a açıqlamasında saç və saqqalını kəsdirdiyini təsdiqləsə də bu sifarişin ona DİN-dən gəldiyini təkzib etdi:
"Mənim hərbi forma geyinmək üçün ürəyim gedir. Bu saç və saqqalda isə hərbi forma geyinmək alınmır. Ona görə də belə qərara gəldim ki, imicimi dəyişəm. O ki, qaldı, guya DİN tərəfindən mənə hansısa qadağanın qoyulmasına, belə şey mümkün deyil. Bunu öz istəyimlə etmişəm".
Bahar Rüstəmli
AzNews.az