Salyanda iki maşın toqquşdu: xəsarət alan var

28 Yanvar 2019 22:59 (UTC+04:00)

Salyan rayonunun Qızılağac kəndində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

1965-ci il təvəllüdlü kənd sakini Əliyev Tahir Ağaş oğlu idarə etdiyi “VAZ-21015” markalı avtomobillə hərəkətdə olarkən, eyni markalı maşınla toqquşub.

Qəza nəticəsində sürücünün müxtəlif dərəcəli bədən xəsarətləri alan 1963-cü il təvəllüdlü həyat yoldaşı Nərminə Əliyeva Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az