Piyadanı maşın vurdu - Sürücü qaçdı

28 Yanvar 2019 23:56 (UTC+04:00)

Şəki rayonunda piyadanı maşın vurub.

Axşam saatlarında rayonun Baş Göynük kənd sakini, 1962-ci il təvəllüdlü Balabəy Allahverdi oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onu Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində minik maşını tərəfindən vurulduğu məlum olub. B.Allahverdiyevə sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı dioqnozu qoyulub.

Yaralının müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. Onu vuran avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az