Biləsuvarın Aşağı Cürəli kəndində ev yanıb.
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
AzNews.az