Amerikalı qadın iki gün liftdə qaldı

29 Yanvar 2019 09:32 (UTC+04:00)

Nyu-York şəhərinin Yuxarı İst-Sayd məhəlləsində yerləşən milyonçuya aid mülkün liftində iki gün çıxılmaz vəziyyətdə qalmış 53 yaşlı qadın xilas edilib.

Bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, qulluqçu işləyən Marites Fortaliza zəngin bankir Uorren Stivensin şəhərkənarındakı evinin liftinə cümə günü axşam daxil olub. Bankirin ailəsi həftəsonunu başqa yerdə keçirdiyindən evdə tək olan Maritesə kömək edən olmayıb.

Yanğınsöndürənlər yalnız bazar ertəsi bu barədə çağırışın daxil olmasından sonra hadisə yerinə gələrək, halsız vəziyyətdə olan qadını liftdən çıxarıb.

Hazırda onun xəstəxanada müalicə aldığı bildirilir.(oxu.az)

© AzNews.az