Bakıda 53 yaşlı qadın bıçaqlandı - VİDEO

29 Yanvar 2019 09:43 (UTC+04:00)

Gecə saatlarında Bakının Kürdəxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, qəsəbədə yaşayan 1966-cı il təvəllüdlü Əliyeva Gülzar Məmmədtağı qızı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı təcili olaraq 3 saylı Sabunçu şəhər xəstəxanasına çatdırılıb.

Xəstəyə qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hal-hazırda vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Azər
AzNews.az