Keçmiş icra başçısının qardaşı da işdən çıxarıldı

29 Yanvar 2019 10:01 (UTC+04:00)

Xətai rayon İcra hakimiyyətinin sabiq icra başçısı Razim Məmmədovun qardaşı işdən azad olunub.

Sabiq icra başçısının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin rəhbəri işləyən qardaşı Mübariz Məmmədov işdən çıxarılıb.

Xatırladaq ki, Razim Məmmədov ötən ilin dekabrın 13-də Xətai icra hakimiyyətinin başçısı vəzifəsindən azad olunub.(unikal.org)

© AzNews.az