Ölümünü əlində tutan adam - VİDEO

29 Yanvar 2019 10:36 (UTC+04:00)

Avstraliyada turist zəhərli osminoqu əlinə götürüb. Bu canlının zəhəri bir neçə dəqiqəyə 26 insanı öldürməyə qadirdir.

AzNews.az Daily Mail-ə istinadən xəbər verir ki, hadisə Darvin çimərliyində qeydə alınıb və bu olayın görüntüləri sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.

İstifadəçilərdən biri yazıb ki, bu, ölümünü əlinə tutmaq kimi bir şeydir. Digərləri isə qeyd edib ki, bu osminoq zərərsizdir. Yalnız təhlükə hiss edərkən özünü qorumaq üçün zəhərindən istifadə edir.

Bu növ osminoqlar Sakit okeanın Yaponiya və Avstraliya sahillərində rast gəlinir. Onun zəhəri insanı anında iflic edir. Zəhərə qarşı zərdab isə hələlik mövcud deyil.

Buna baxmayaraq, bu canlı ilə bağlı ötən əsrdə cəmi 3 insident (ikisi Avstraliya, biri Sinqapurda) qeydə alınıb.

Fəridə Abdulla

AzNews.az