Eldar Əzizovdan yeni təyinat

29 Yanvar 2019 10:29 (UTC+04:00)

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov daha bir struktur islahatı həyata keçirib.

Milli Məclis Dövlət Qulluğu və Kadr Məsələləri Şöbəsinin müdir müavini işləyən İlqar Əlizadəni Aparatın Hüquq Şöbəsinin müdiri vəzifəsinə təyin edib. İ.Əlizadə daha əvvəl isə Mərkəzi Seçkilər Komissiyasında Hüquq şöbəsinin rəhbəri olub, 3-cü dərəcəli dövlət müşaviridir.

İ.Əlizadə açıqlamasında məlumatı təsdiqləyib.

Meriyanın Hüquq Şöbəsinin keçmiş rəhbəri Sani Nəsibov ötən ilin dekabr ayında vəzifəsindən azad olunub.(qafqazinfo.az)

© AzNews.az