Ermənistan Nazirlər Kabinetinin binası yandı

29 Yanvar 2019 10:44 (UTC+04:00)

Məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə yanvarın 29-da səhər saatlarında qeydə alınıb. Hadisə yerinə 6 yanğınsöndürən cəlb edilib. Yanğın 2 saat ərzində söndürülüb. Nəticədə qəbul otaqlarından birində mebel yanıb.

Hadisənin səbəbi araşdırılır.(report.az)

© AzNews.az