İngiltərədə sosial şəbəkə şirkətlərinə qadağa qoyulur?

29 Yanvar 2019 11:00 (UTC+04:00)

İngiltərənin səhiyyə naziri Matt Hankok zərərli məzmunlu paylaşımlar aradan qaldırılmasa sosial şəbəkə şirkətlərinin fəaliyyətinin qadağan oluna biləcəyini söyləyib.

O, şirkətlərin bu məzmunlu paylaşımları dayandırmadığı təqdirdə bununla bağlı qanun layihəsi qəbul edə biləcəklərini deyib.

Nazir sosial şəbəkə şirkətlərinə intihar videolarının paylaşılmaması üçün dəfələrlə çağırış edib.

Buna səbəb isə 2017-ci ildə 14 yaşlı Molli Rasselin sosial şəbəkədə izlədiyi zərərli məzmunlu məlumatdan sonra intihar etməsi olub.(AZƏRTAC)

© AzNews.az