İbrahim Tatlısəsi hirsləndirən şərh – “Sizə ayıb olsun”

29 Yanvar 2019 11:06 (UTC+04:00)

Yaxın günlərdə anası Leyla Tatlının vəfatına görə sarsılan məşhur müğənni İbrahim Tatlısəs sosial media hesabından etdiyi paylaşıma görə təqibçiləri tərəfindən tənqid edilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tatlısəs İzmir şəhərində getdiyi bir məkandan paylaşdığı videoya sərt reaksiya verilib və onu “duyğusuz” adlandırıblar.

Bir istifadəçi isə ona belə yazıb: “Bir az əvvəl ananız öldü. Hörmətli İbrahim Tatlısəs, sizə ayıb olsun!”.

Müğənni elə həmin an onun cavabını verib: “Niyə ayıb olsun ki? Anam öldü, baramı getdim”.

Babək Göyüş

AzNews.az