İrəvanda silahlı insident - Ölən var

29 Yanvar 2019 11:19 (UTC+04:00)

İrəvanda yerləşən və Ermənistan parlamentinin sabiq deputatı Melikset Manukyana məxsus “Partez” restoranında silahlı insident baş verib.

Bununla bağlı Ermənistanın mətbuatı məlumat yayıb.

Hadisə zamanı bir nəfər ölüb, səkkiz nəfər nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

İnsident zamanı “Makarov” və “TT” markalı tapançalardan atəş açılıb. Hadisənin təfərrüatı məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.(oxu.az)

© AzNews.az