AzNews.az xəbər verir ki, sənətçinin həyat yoldaşı Xosrov Nəcəfova polkovnik rütbəsi verilib. Bu barədə Mələkxanım Əyyubova özü məlumat verib.
Xalq artisti sosial şəbəkədə gəlininin hazırladığı tortun fotosunu paylaşaraq yazıb:
“Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi alması münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayırıq. Doğum günün mübarək”.
AzNews.az