Britaniyada ən gənc qadın pedofil tutuldu - FOTOLAR

29 Yanvar 2019 11:24 (UTC+04:00)

Bununla bağlı “The Independent” nəşri məlumat yayıb.

Körpələr evinin əməkdaşı Sofi Elms 2-3 yaşlı uşaqlara qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunub. Qız əməlini etiraf edib. O, 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, 17 yaşlı Elms uşaqlara qulluq kursu çərçivəsində körpələr evində işə götürülüb. O, əməllərini zərərçəkmişlərin evində törədib.

Məlumata görə, valideynlər Elmsi uşaqlara baxmaq üçün çağırıb. Bu zaman o, çirkin əməllərini həyata keçirib.(oxu.az)

© AzNews.az