Bu aktrisanın başı bəlada - 112 min təzminat ödəyəcək

29 Yanvar 2019 11:50 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, aktrisa TRT-də yayımlanan “Sevda Kuşun Kanadında” serialından uzaqlaşaraq “Rüzgarın Kalbi” serialına keçib.

O, buna səbəb kimi “Sevda Kuşun Kanadında” serialında şərtlərin ağır olması və çox yorulmasını göstərib.

Aktrisanın tutarlı səbəb göstərmədən razılaşmanı pozduğu üçün “Sonart Medya” şirkəti aktrisanı məhkəməyə verərək təzminat tələb edib.

Məhkəmə aktrisanın şirkətə 112 min 545 lirə təzminat ödəməsi haqda qərar çıxarıb.

Nigar CƏFƏR

AzNews.az