Xəbəri olmadan 12 il üzüyü burnunda gəzdirdi

29 Yanvar 2019 11:46 (UTC+04:00)

Britaniyanın Kitli şəhərininin sakini Abigail Thompson xəbəri olmadan 12 il ərzində burnunda üzük gəzdirib.

AzNews.az Metro nəşrinə xəbər verir ki, 20 yaşlı xanım günlərin birində divanda istirahət edərkən, asqırır və nəticədə uşaqlıqda itirdiyi üzüyü tapır.

Abigail bu üzüyü 2007-ci ildə ona anası, ad günündə hədiyyə edir. Lakin üzüyü sonradan itirir.

"Mən milyon il də düşünsəm də, ağlıma gəlməzdi ki, üzük burnumda ilişib qalacaq" , - Abigail təəccübünü gizlətməyib.

Fəridə Abdulla

AzNews.az