İranda 20 min sakinlə əlaqə kəsildi

29 Yanvar 2019 11:48 (UTC+04:00)

İranın Lorestan vilayətində Əliqudərz rayonu ilə Zəz və Mahru zonası arasında əlaqə kəsilib.

Bunu İranın Lorestan vilayətinin qubernatoru Həmid Kəşkuli açıqlamasında deyib.

Kəşkulinin sözlərinə görə, Gəllə-Baduş aşırımında 2 metr hündürlüyündə qar 20 min sakinlə əlaqənin kəsilməsinə səbəb olub.

Kəşkuli dağlıq və soyuq zona olduğuna görə, vilayətin bu zona sakinləri ilə il ərzində bir neçə dəfə əlaqənin kəsildiyini deyib.(trend.az)

© AzNews.az