I siniflərə şagird qəbulu bu tarixdə başlanacaq - Rəsmi

29 Yanvar 2019 12:06 (UTC+04:00)

2019-2020-ci tədris ili üçün ümumtəhsil məktəblərinin I sinfinə şagird qəbuluna mart ayında başlanacaq.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, ümumtəhsil məktəblərində I sinfə şagird qəbulunun cari ilin mart ayında başlaması nəzərdə tutulur.

I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsi ilə aparılacaq.(AzEdu.az)

© AzNews.az